Dünyanın Rəsulzadəşünas alimləri Bakıdadır VİDEO
Alimlərdən çağırış: "Ümid edək ki, onun paytaxtda ucaldılan abidəsini ziyarət edəcəyik"
2024-cü il yanvarın 30-da “II Beynəlxalq Rəsulzadə Qiraətləri” adlı Beynəlxalq Elmi Konfransın iştirakçıları - Azərbaycan tarixi və Məhəmməd Əmin Rəsulzadə irsinin yerli və xarici tədqiqatçıları, ziyalılar, ictimaiyyət nümayəndələri onun Novxanı kəndindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Professor Solmaz Rüstəmova-Tohidi (“Rəsulzadə Ev Muzeyi” İctimai qrupu), Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Vera-Maria-Aux (Almaniya), Georgi Mamulia (Fransa), Tohid Məlikzadə (İran), Səadət Kərimi (İsveç), Səlcuk Önal (Türkiyə), Vahid Mustafayev (VMF şirkəti), professor Qulu Məhərrəmli və digərləri mərasimdə çıxış edərək, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinin daim əziz tutulacağına və əbədi yaşayacağına əminlik bildiriblər.
Qeyd edək ki, “II Beynəlxalq Rəsulzadə Qiraətləri” adlı Beynəlxalq Elmi Konfrans bu gün işini Milli Azərbaycan Tarixi Muzeyində davam etdirir.