XƏBƏRLƏR / Təbiət

Ebeko vulkanı 3 kilometr yüksəkliyə kül püskürdü

Bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb

Ebeko vulkanı 3 kilometr yüksəkliyə kül püskürdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Vulkanoloqlar avqustun 3-də Böyük Kuril silsiləsinin Paramuşir adasındakı Ebeko vulkanında 3 kilometr hündürlüyündə kül dumanı qeydə alıblar.

    Bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

    Ebeko vulkanı 2016-cı ilin noyabr ayından fəallaşıb. Ona narıncı aviasiya təhlükə kodu verilib. Bu o deməkdir ki, vulkan yüksək püskürmə ehtimalı ilə aktivlik nümayiş etdirir.