XƏBƏRLƏR / Nəqliyyat

Əbu-Dabidən Qəbələyə ilk birbaşa aviareys açılıb

Reys Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” tərəfindən həyata keçirilib

Əbu-Dabidən Qəbələyə ilk birbaşa aviareys açılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Qəbələ Beynəlxalq Hava Limanına Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidən ilk birbaşa reys gəlib.

    Reys Əbu-Dabi-Qəbələ-Əbu-Dabi marşrutu üzrə yeni istiqamət açan Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” tərəfindən həyata keçirilib.

    Uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. İlk uçuş iyunun 19-da baş tutub.

    Birbaşa hava əlaqəsinin açılması Azərbaycanın regionlarına turist axınının inkişafına töhfə verir.

    Dövlət Turizm Agentliyinin məlumatına görə, cari ilin yanvar-may aylarında ölkəyə 979 963 turist gəlib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur. Təkcə may ayında Azərbaycan 264 079 xarici qonaq qəbul edib ki, bu da bir il öncəki göstəricidən 2 % çoxdur.