XƏBƏRLƏR / Qonşular

Eçmiədzində ermənilər iki hissəyə parçalanıblar FOTO

Bir tərəfdə Paşinyanın tərəfdarları, o biri tərəfdə Qareginin tərəfdarları durub YENİLƏNİB

Eçmiədzində ermənilər iki hissəyə parçalanıblar FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 22:00

    Eçmiədzinin Ana Taxtında Ermənistanın Baş naziri Paşinyanı dəstəkləyən 10 yepiskopdan ibarət qrup Katolikos II Qareginin istefasını tələb etmək üçün səsgücləndiricilərdən istifadə etməyə çalışıb. Onların sözləri toplaşan dindarların qışqırıqları ilə boğulub.

    Katalikos II Qaraqyun toplaşan izdihama müraciət edərək vurğulayıb: "Özünə qarşı bölünmüş hər bir krallıq dağılır... Lakin dindar xalqımız sarsılmaz qalır".

    Yepiskoplar xüsusi təyinatlıların müşayiəti ilə kafedralı tərk edərək missiyalarının yerinə yetirildiyini elan ediblər.

    Eçmiədzindəki toqquşma zamanı keşiş Vrtanes Baqalyan özünü pis hiss edib və təcili yardım maşını ilə aparılıb.


    ***
    20:20

    Eçmiədzində vəziyyət sabitləşib və polis tədricən ərazini tərk edir.

    Qareginin Eçmiədzində təxminən 30 illik hakimiyyəti dövründə ilk dəfə olaraq 10 yepiskop Eçmiədzinin ərazisində birbaşa etiraz aksiyası keçirərək kilsənin sui-istifadələrdən təmizlənməsini və katalikosun istefasını tələb edib.


    ***
    20:00

    Yepiskoplar katolikosun istefasını tələb edən məktubu dəftərxanaya təqdim etdiklərini bildiriblər.


    ***

    17:49

    Ermənilər Paşinyanın tərəfdarları ilə II Qareginin tərəfdarları arasında bölünmüşdü.

    Qareginin tərəfdarları "Yaşasın!", Paşinyanı dəstəkləyənlər isə "İstefa!" qışqırırlar.

    II Qaregin özü dua etmək üçün Eçmiədzinə gəlib.

    Polis vəziyyətə nəzarət edir.