XƏBƏRLƏR / Nəqliyyat

Ermənistan ümid etdiyi dəhlizdən də kənarda qaldı

Rəsmi Dehli və ABŞ Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin işə salındığını elan ediblər

Ermənistan ümid etdiyi dəhlizdən də kənarda qaldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hindistanın Baş naziri Modi və ABŞ Prezidenti Bayden Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin işə salındığını elan ediblər.

    Layihə ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya, İsrail və Avropa İttifaqı tərəfindən həyata keçiriləcək. Bəzi hesablamalara görə, dəhlizin işə salınması 20 milyard dollara başa gələcək. Hələlik həyata keçirilmə vaxtı məlum deyil.

    Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizi Hindistanda start götürüb Körfəz vasitəsi ilə BƏƏ-Səudiyə Ərəbistanı-İordaniya-İsrail-Aralıq dənizi-Avropa marşrutu ilə keçəcək.

    Ermənistanın ümid etdiyi növbəti xulyası: Hindistan-İran-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa marşrutu ideyası da puça çıxdı.