Əfqanıstanda 6,3 bal gücündə zəlzələ olub, 20 nəfər ölüb
500-dən çox yaralı var YENİLƏNİB
16:13
Əfqanıstanda baş verən zəlzələ nəticəsində yaralananların sayı 534-ə çatıb.
Bu barədə Əfqanıstanın İctimai Səhiyyə Nazirliyinin mətbuat katibi Şərafət Zaman Amarheyil məlumat verib.
Onun sözlərinə görə, 534 yaralı xəstəxanalara çatdırılıb, 20-dən çox insan ölüb.
Ərazidə hələ də xilasetmə komandaları işləyir.
***
10:11
Əfqanıstanda zəlzələ nəticəsində yaralananların sayı 300 nəfərə çatıb.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
***
09:41
Əfqanıstanda zəlzələ nəticəsində 20 nəfər ölüb, 100-dən çox yaralı var..
BBC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Əfqanıstanda 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ bazar ertəsi səhər saatlarında, yerli vaxtla təxminən saat 01:00 (Bakı vaxtilə saat 00:30) radələrində, Əfqanıstanın ən böyük şəhərlərindən biri olan və təxminən 500 000 insanın yaşadığı Məzari-Şərif yaxınlığında baş verib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin gücü 6,3 bal, dərinliyi isə 28 km (17 mil) olub və narıncı həyəcan siqnalı səviyyəsində qeydə alınıb ki, bu da "əhəmiyyətli itkilərin" ehtimal olunduğunu göstərir.
1 dəqiqə