XƏBƏRLƏR / Qayıdış

Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli ola bilər

Bunu Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib

Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli ola bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əhmədbəyli-Füzuli-Şuşa yolu yaxın zamanlarda tam istifadəyə veriləcək.

    Bunu Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.

    Onun sözlərinə görə, burada 7 tunel, 9 köprü inşa olunub: "Bu, hələlik Azərbaycanda analoqu olmayan bir yoldur və yaxınlarda tam olaraq istifadəyə veriləcək. Verilən bəzi məlumatlara görə, bu ödənişli yol olacaq, amma əminəm ki, buna dəyər. Bu yüksək səviyyəli bir infrastrukturdur".

    O əlavə edib ki, Şuşanın i̇nkişafı sürətlə gedir: "Bu prosesin sürətli təmin olunmasında əsas rol, sözsüz ki, infrastruktur layihələrinin həyata keçirməsi olub".