XƏBƏRLƏR / Hökumət

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:15

    Azərbaycan və Özbəkistanın baş nazirləri Əli Əsədov və Abdulla Aripovun iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb.

    Sənədlər "AzerGold" QSC-nin iştirakı ilə Özbəkistanda qızıl yatağının birgə işlənilməsini, həmçinin "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Özbəkistanın aidiyyəti qurumu arasında bank sahəsində əməkdaşlığı və NEQSOL Holding şirkətinin iştirakı ilə Özbəkistanda əhəmiyyətli faydalı qazıntıların birgə işlənilməsini nəzərdə tutur.

    Qeyd edək ki, Ə.Əsədov Özbəkistan tərəfinin dəvəti ilə V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir.

    ***

    17:02


    Daşkənd şəhərində işgüzar səfərdə olan Baş nazir Əli Əsədov iyunun 16-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    Bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb.

    Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

    Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik əsasında uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

    Ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş müzakirə edilib.

    ***

    13:58

    Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistana işgüzar səfəri başlayıb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Daşkənd-Humo Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşılayıblar.