XƏBƏRLƏR / Müttəfiq

Əliyev və Ərdoğan Türkiyədə Azərbaycan məhəlləsini açacaqlar

Prezidentlərin iştirakı ilə Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün tikilmiş məhəllənin açılışı olacaq

Əliyev və Ərdoğan Türkiyədə Azərbaycan məhəlləsini açacaqlar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Kahramanmaraşda Azərbaycanın zəlzələdən zərərçəkənlər üçün tikdiyi məhəllənin açılışı olacaq.

    Bu barədə Türkiyə səfiri Birol Akgün məlumat verib.

    Səfir qeyd edib ki, dəqiq tarix hələ bəlli deyil.