Ərdoğan Antalyada Kipr Prezidentilə görüşməkdən imtina etdi
Bu barədə Yunanıstan mətbuatı yazır FOTO
Türkiyə Prezidenti R.T.Ərdoğan COP31 liderlərinin zirvə toplantısında iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gələn Kipr Prezidenti Nikos Xristodulides ilə görüşməkdən imtina edib.
Ərdoğan və BMT-nin Baş katibi Quterreş qonaqları birlikdə salamlasalar da, Kipr lideri gələndə Türkiyə lideri orada olmayıb.

Gəldikdən sonra ondan qısa müddət gözləməsi istənilib və Ərdoğan getdikdən sonra Quterreş onunla görüşüb.
Yunanıstan hökumətindəki mənbələr Türkiyə Prezidentinin qarşılama mərasimində iştirak etməməsini Xristodulidesə qarşı "nifrət əlaməti" kimi təsvir etdiklərini bildiriblər.
1 dəqiqədən az