XƏBƏRLƏR / Müttəfiq

Ərdoğan sabah Azərbaycana gələcək

Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) sammiti keçiriləcək

Ərdoğan sabah Azərbaycana gələcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 12:52

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfər edəcək.

    Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

    Qeyd edək ki, 6-7 oktyabr tarixlərində Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçiriləcək.

    ***

    05 oktyabr 2025-ci il

    23:54

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.

     "A Haber"in məlumatına görə, dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.

    Məlumata görə, Ərdoğan hazırda İstanbuldadır. Oktyabrın 6-da o, Azərbaycana yola düşəcək.