XƏBƏRLƏR / Müttəfiq

Ərdoğan Zəfər günü Azərbaycana səfər edəcək

TRTHaber məlumat verir ki, o bu barədə mediaya açıqlamasında xəbər verib

Ərdoğan Zəfər günü Azərbaycana səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.

    TRTHaber məlumat verir ki, o bu barədə mediaya açıqlamasında məlumat verib.

    “Fövqəladə bir vəziyyət yaranmasa, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, – Türkiyə Prezidenti bildirib.

    “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – Ərdoğan vurğulayıb.