XƏBƏRLƏR / Siyasət

Ərdoğan BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək

Türkiyə liderinin çıxışı sentyabrın 24-nə planlaşdırılır

Ərdoğan BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 21-də ABŞ-a yola düşəcək.

    Türkiyə liderinin çıxışı sentyabrın 24-nə planlaşdırılır.

    Prezident Ərdoğan həmin gün Braziliya və ABŞ dövlət başçılarından sonra BMT Baş Assambleyası tribunasından çıxış edəcək üçüncü lider olacaq. Bu, həmçinin Türkiyə Prezidentinin siyasi karyerasında BMT Baş Assambleyasında edəcəyi 14-cü çıxışdır.

    Türkiyə Prezidentinin çıxışında əsas mövzular qlobal sistemin ədalətsizliyi və BMT-də islahatların aparılması zərurəti olacaq.

    Sentyabrın 27-dək davam edəcək səfər çərçivəsində Ərdoğan dünya liderləri ilə də bir sıra ikitərəfli görüşlər keçirəcək, onlardan bəziləri Nyu-Yorkdakı Türkiyə Evində baş tutacaq.

    Bundan əlavə, Türkiyənin dövlət başçısı dünyanın aparıcı şirkətlərinin nümayəndələri ilə də görüşəcək.