Ərdoğan bu gün Almaniyaya gedir
Görüş zamanı başda iqtisadiyyat olmaqla iki ölkə arasındakı əlaqələr müzakirə ediləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Almaniyaya səfər edəcək.
Bu barədə TRT Haber məlumat yayıb.
O, paytaxt Berlində Almaniya Kansleri Olaf Şolts ilə görüşəcək.
Görüş zamanı başda iqtisadiyyat olmaqla iki ölkə arasındakı əlaqələr, eləcə də İsrail-Fələstin qarşıdurmasının müzakirə olunacağı gözlənilir.
Ərdoğanın Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü də nəzərdə tutulub.