
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığında İsrailin Suriyaya hücumlarının qəbuledilməz olduğunu, İsrailin təcavüzünün bütün bölgə üçün təhlükə yaratdığını, Türkiyənin indiyə qədər olduğu kimi Suriya xalqına dəstəyini davam etdirəcəyini bildirib.
Türkiyə Prezidenti bəyan edib ki, Türkiyə Suriyada druzlarla əldə olunan atəşkəsi alqışlayır.
Danışıq zamanı Suriya Prezidenti Əhməd Əl Şaraa Suriyada siyasi birlik, ərazi bütövlüyü və suverenliyin qorunmasında verdiyi dəstəyə görə prezident Ərdoğana təşəkkür edib.