Ərdoğan: HƏMAS terror təşkilatı deyil VİDEO
Türkiyə Pezidenti İsrailə səfərini ləğv edib
Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfərini ləğv edib.
Bunu onun özü açıqlayıb:
“HƏMAS terror təşkilatı deyil. Onlar öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan azadlıq və mücahid qruplaşmasıdır. Mən həyatımda bir dəfə Netanyahu deyilən adamın əlini sıxdım. Öz evimizdə, ABŞ-da, Türk Evində. Təbii ki, xoş niyyətimiz var idi. Lakin xoş niyyətimizdən sui-istifadə etdilər. İsrailə getmək planımız var idi. Ləğv olundu. Əgər yaxı niyyətlə davam etmiş olsaydı münasibətlərimiz fərqli ola bilərdi. Ancaq olmayacaq çünki xoş niyyətimizdən sui-istifadə etdilər".
Xatırladaq ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.