Ərdoğan Trampla İran və Qəzzanı müzakirə edib
Bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti xəbər verir
ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub və onlar İran və Qəzza məsələlərini müzakirə ediblər.
Ərdoğan İranla gərginlik fonunda diplomatik səylərin maksimum dərəcədə artırılmasının vacibliyini vurğulayıb.
O, həmçinin Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış Məkkə Sazişinin əhəmiyyətini qeyd edərək, bunu "Türkiyənin regional sabitlik və təhlükəsizliyin təmin edilməsinə qəti sadiqliyinin nümayişi" adlandırıb.
Ərdoğan Türkiyənin davamlı sülhün bərqərar olması və Qəzzanın yenidən qurulması üçün atılan addımları dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.
1 dəqiqədən az