Ərdoğanın Nobelə namizədliyi irəli sürülür
Bu barədə "Anadolu" agentliyi xəbər verir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyi Nobel Sülh Mükafatına irəli sürülür. "Anadolu" agentliyi xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop məlumat verib. O qeyd edib ki, Rusiya ilə Ukrayna arasında sülh səylərinə görə Prezident Ərdoğanı Nobel Sülh Mükafatına namizəd göstərib: "Mənim müraciətim var. Bu müraciəti müxtəlif ölkələrdən parlament sədrləri, millət vəkilləri də dəstəkləyəcəklər".