Erməni deputat Xankəndidə "aclıq" olduğunu təkzib edir
Bunu “Hraparak” qəzetinə deputat Şirak Torosyan bəyan edib
“Hraparak” qəzeti hakim “Vətəndaş sazişi” partiyasının deputatı Şirak Torosyanın son dərəcə maraqlı açıqlama ilə müsahibəsini dərc edib.
Jurnalist deputatdan sülhməramlı zonadakı vəziyyətlə bağlı sual verməyə başlayanda o, “aclıq” ifadəsini işlədib, hətta “Qarabağda uşaqlar anoreksiyadan əziyyət çəkir” deyib. Deputat “Orada aclıq mövcud deyil, şişirtməyə ehtiyac yoxdur” sözləri ilə jurnalistin sözünü kəsib.