XƏBƏRLƏR / Məhkəmə

Erməni keşişin həbs müddəti daha 3 ay uzadılıb

Qalstanyan “terror aktına hazırlıq və hakimiyyətin qəsb edilməsi” ittihamı ilə günahlandırılır.

Erməni keşişin həbs müddəti daha 3 ay uzadılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanda məhkəmə arxiyepiskop Baqrat Qalstanyanın həbsi müddətini daha 3 ay uzadıb.

    Bu haqda məlumatı Ermənistan mətbuatı yayıb.

    Qeyd edək ki, Qalstanyan “terror aktına hazırlıq və hakimiyyətin qəsb edilməsi” ittihamı ilə günahlandırılır.

    Baş nazir Paşinyan cari ilin may ayınan etibarən kilsəyə qarşı hücumlarını kəskin şəkildə gücləndirmiş, sosial şəbəkələrdə kilsə rəhbərləri haqda tənqidi paylaşımlar etmiş və katolikos seçkilərinin dövlətə tabe edilməsini təklif etmişdi.

    Bunun ardınca Ermənistanda bir neçə yüksək rütbəli din xadimi, o cümlədən arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapaxyan, həmçinin kilsəni dəstəkləyən iş adamı Samvel Karapetyan həbs olundular. Onlar hakimiyyətin devrilməsinə çağırışda ittiham edilirlər.