Erməni səfiri Zelenskiyə görə Rusiya XİN-nə çağırılıb
Bu barədə Rusiya xarici işlər nazirliyi məlumat yayıb
Mayın 7-də Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Qurqen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. O, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.
Diplomatik missiyanın rəhbərinə "Kiyev nasist rejiminin lideri Zelenskiyə Ermənistanda son vaxtlar Aİ tərəfindən maliyyələşdirilən tədbirlər zamanı Rusiyaya qarşı terror təhdidlərini səsləndirmək üçün platforma təqdim etməyin qəti şəkildə qəbuledilməz olduğu" bildirilib.
1 dəqiqədən az