XƏBƏRLƏR / Kriminal

Erməniəsilli Ukrayna vətəndaşı Dneprdə terror aktı törədib

Partlayış nəticəsində bir nəfər ölüb, yaralananlar var

Erməniəsilli Ukrayna vətəndaşı Dneprdə terror aktı törədib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Təhlükəsizlik Xidməti Milli Polislə birlikdə Dneprdə terror aktı törədən şəxsi saxlayıb. Onun erməniəsilli Dnepropetrovsk vilayətinin sakini olduğu üzə çıxıb.

    Bu barədə “RBC-Ukrayna” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

    Mənbələrin məlumatına görə, şübhəli şəxs Ruben Voskanyandır. Dneprdə Ərazi İşə Qəbul və Sosial Dəstək Mərkəzinin binası yaxınlığında əldəqayırma partlayıcıları işə salanın məhz o olduğu güman edilir.

    Partlayış nəticəsində bir nəfər ölüb, iki polis də daxil olmaqla, yaralananlar var.