XƏBƏRLƏR / Münaqişə

Ermənistan Kəlbəcəri atəşə tutdu

 Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib

Ermənistan Kəlbəcəri atəşə tutdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 6-sı saat 23:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

     Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.