XƏBƏRLƏR / Münaqişə

Ermənilər Naxçıvanı yenə atəşə tutdu

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Ermənilər Naxçıvanı yenə atəşə tutdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 12-si saat 11:25 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.