Ermənilər üçün daha 2 maşın yanacaq göndərildi
Bununla bu gün Qarabağa artıq 4 sistern yanacaq göndərilib
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.
Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam - Əsgəran - Xankəndi yolu ilə yola salınıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi hökuməti tərəfindən göndərilən yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərinin nümayəndələri bölgəyə yanacaq göndərilməsilə bağlı xahişlərini nəzərə alaraq göndərilib.
Bununla da, bu gün Qarabağa artıq 4 sistern yanacaq göndərilib.