Ermənilərdən şok:Soyğunçu və qatillər həbsxanada çürüməlidir
"Bu degeneratlar Ermənistanın düşmənləridir!"
Ermənistanın ikinci prezidenti (hərbi cani - ANS Press) Robert Köçəryanın həbsi Ermənistan mediasında və cəmiyyətində əsas mövzuya çevrilib. Hətta seçki kampaniyası zamanı belə, cinayətkar Qarabağ klanının bu görkəmli nümayəndəsi mövcud hökuməti açıq şəkildə tənqid edib və revanşist ritorikasını təbliğ edib.
Uzun illər hakimiyyətdə olan Köçəryan keçmişdən dərs çıxara bilməyib və yenidən siyasi daxili çəkişmələr və qisasçılıqdan danışmağa başlayıb və bununla da Ermənistanı yeni müharibəyə doğru aparıb.
Avqustun 25-də Robert Köçəryan həbs edilib.