Ermənistan Azərbaycandan qaz almağı müzakirə edəcək
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib
Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır.
"Sputnik Armenia" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Hesab edirəm ki, Ermənistan Azərbaycandan təbii qaz alarsa, bu, müsbət hal olar. Bu məsələni müzakirə etməliyik. Hətta indi də Rusiya Federasiyasından aldığımız təbii qazın bir hissəsi Azərbaycan qazıdır”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirlən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda bildirib ki, normallaşma prosesindən və sülh müqaviləsi imzalanandan sonra Azərbaycan Ermənistana da qaz sata bilər.