XƏBƏRLƏR / Hərbi

Ermənistan ehtiyatda olan hərbçiləri toplayır

Mayın 1-dən iyulun 7-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim toplanışı keçiriləcək

Ermənistan ehtiyatda olan hərbçiləri toplayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 1-dən iyulun 7-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim toplanışı keçiriləcək. Eermənistan Nazirlər Kabineti bu qərarı aprelin 6-da keçirilən iclasında təsdiqləyib.

    Layihəyə əsasən, təlim müddəti üçün hərbi nəqliyyat öhdəliyi olan orqanlardan nəqliyyat cəlb olunacaq. Toplanışı təmin edilməsi üçün 2023-cü il mayın 1-dən iyulun 7-dək hərbi-nəqliyyat öhdəliyi daşıyan 278 ədədədək avtomobil nəqliyyatı cəlb olunacaq.

    Ehtiyatda olan hərbi qulluqçuların hərbi vərdişlərinin artırılması, onların yenidən hazırlanması, döyüş növbəsinə cəlb edilməsi məqsədilə toplanış elan edilir.