XƏBƏRLƏR / Siyasət

"Ermənistan hələ şərtləri qəbul etmək istəmir"

Bunu Prezident İlham Əliyev Macarıstanın Baş naziri ilə kecirdiyi brifinqdə bəyan edib

"Ermənistan hələ şərtləri qəbul etmək istəmir"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında Ermənistanla bağlanacaq sülh sazişinə də toxunub.

    Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq üçün iki şərtinin məlum olduğunu açıqlayan Prezident İlham Əliyev deyib ki, Ermənistan hələ bu şərtləri qəbul etmək istəmir: “Ancaq yəqin ki, bu şərtlər qəbul ediləcək. Çünki biz qeyri-adi şərtlər irəli sürməmişik”.