Ermənistan Putini həbs edib BCM-nə təhvil verməlidir
Ölkə parlamenti bununla bağlı üzərinə öhtəlik götürdü
Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu səs çoxluğu ilə ratifikasiya edib.Bununla da Ermənistan BCM-nin qərarlarını qeyd-şərtsiz yerinə yetirməlidir.
60 səs lehinə, 22 səs əlehinə verilib
Xatırladaq ki, BCM-in çıxardığı qərarlardan biri Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlıdır. Yəni Putin Ermənistana səfər etsə rəsmi İrəvan onu dərhal həbs edib BCM-nə təhvil verməlidir. Rəsmi Moskva Ermənistan parlamentinin Roma Statutunu ratifikasiya etməsinin qəti əlehinə çıxış edirdi. Rusiya Xarici İşlər Nazirliyi Statutun ratifikasiyasının ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacağını bəyan edib və BCM-nin Rusiyanın ali rəhbərliyinə verdiyi “həbs orderləri”ni nəzərə alaraq sənədin təsdiqini qəbuledilməz adlandırıb.
"Mülki müqavilə" üzrə deputat Eduard Aqadjanyan jurnalistlərə bildirib ki, İrəvan Moskvanın mövqeyini bilir, lakin Ermənistan suveren dövlət olduğu üçün yalnız öz maraqlarını rəhbər tutacaq.
“Sənədin təsdiqlənəcəyi təqdirdə Rusiya tərəfindən müəyyən hərəkətlərin olacağını söyləməyə əsas yoxdur, lakin bu addımı atsa, Ermənistan hakimiyyəti reaksiya verəcək”, - Ağacanyan bildirib.
Ermənistan müxalifəti parlamentdə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası ilə bağlı müzakirələrdə iştirak etmir, Rusiya mətbuatı xəbər verir.