Ermənistan sərhədçiləri azərbaycanlı sürücünü döyüb VİDEO
İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən vəhşicəsinə döyülüb
Azərbaycan Zəngəzur dəhlizinə nəzarət məsələsində İrəvana güvənə bilməz.
İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən vəhşicəsinə döyülüb. VİDEO
İnsident milli zəmində baş verib. Belə ki, İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib.
Mübahisə əlbəyaxa davaya çevrilib ki, bu zaman erməni sərhədçilər Amid Quluzadəyə ağır bədən xəsarətləri yetiriblər.
Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər.
.