XƏBƏRLƏR / Hərbi

Bişkekdə keçirilən KTMT tədbirinə Ermənistan yenə qatılmadı

Qırğızıstan tərəfinin sədrliyi ilə KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası keçirilib

Bişkekdə keçirilən KTMT tədbirinə Ermənistan yenə qatılmadı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bişkekdə Qırğızıstan tərəfinin sədrliyi ilə KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Baş katib İmanqali Tasmaqambetov və Təşkilatın Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov iştirak ediblər.

    İştirakçılar KTMT-nin məsuliyyət zonasında hərbi-siyasi vəziyyəti müzakirə edib, 2026-2030-cu illər üçün hərbi əməkdaşlıq planlarını təsdiqləyib, həmçinin 2025-ci il mayın 9-da Moskvanın Qırmızı Meydanında Qələbə Paradının yüksək səviyyədə keçirildiyini qeyd ediblər.

    Lakin əvvəllər olduğu kimi KTMT-də iştirakını donduran Ermənistan görüşdə iştirak etməyib.