XƏBƏRLƏR / Siyasət

Ermənistanı silahlandıranlar qısa zamanda onu tək qoyacaqlar

Türkiyə Prezidenti R.T.Ərdoğan Fransanı Ermənistanı yenidən təxribata çəkməkdə suçlayıb

Ermənistanı silahlandıranlar qısa zamanda onu tək qoyacaqlar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Prezidenti R.T.Ərdoğan Yunanıstandan qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verib. Suallar arasında Fransanın Ermənistanı silahlandırma cəhdi barədə mövzu da olub.

    Ərdoğan bununla bağlı bunları deyib: "Fransanın etdikləri sadəcə təxribatdır. Fransa bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə, pislik edir. Fransa olaraq onlar əvvəllər Ermənistana çoxlu dəstək veriblər. Nə nəticə əldə etdilər? Fransa Minsk üçlüyü komandasındadır. İş bitib, heç bir nəticə əldə etməyib, vəziyyət belə olduğu halda Ermənistanı yenidən təxribata çəkir. Zirehli daşıyıcıları göndərsəniz nə olardı? Buradan nəticə əldə edə bilməzsiniz. Çünki indi öz ərazisinin işğalına son qoyan Azərbaycan var.

    Qarabağın nəticəsi göz qabağındadır. İndi bu hərbi maşınları göndərəcəksən, nə alacaqsan? Əvvəllər Ermənistana göndərilən tanklar, toplar və tüfənglər Azərbaycanın əlinə keçdi. Nəticə alacaqlarına yox, sadəcə Ermənistanı aldadırlar.

    Ermənistan administrasiyası son təcrübələrindən dərs götürməli və bu təxribatlara əl atmamalıdır. Sülh fürsətindən istifadə edib Ermənistanı çaşdıran ölkələrin toruna düşməmək Ermənistanın marağında olardı. Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Ermənistanı silahlandıranlar qısa zamanda onu tək qoyacaqlar".