XƏBƏRLƏR / Siyasət

Ermənistanla danışıqlar COP-a görə dekabradək təxirə salınır

Bu barədə TASS-a Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib

Ermənistanla danışıqlar COP-a görə dekabradək təxirə salınır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar. Bu barədə TASS-a Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

    “Hazırda Azərbaycanın gündəmindəki əsas mövzu noyabrın sonuna qədər COP-29-dur”, - o, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP-29) Tərəflərin 29-cu Konfransı çərçivəsində bildirib. “Şübhəsiz ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”.

    Hacıyevin sözlərinə görə, sənədin mətnində müəyyən suallar var. “Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir”, - deyə Azərbaycan prezidentinin köməkçisi əlavə edib: “Çünki Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi Bu çərçivədə, şübhəsiz ki, dekabr ayından etibarən yeni bir proses olacaq".

    BRİKS-in Kazanda keçirilən sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş danışıqların davam etdirilməsi üçün müsbət impulslar yaradıb. Bu barədə TASS-a Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

    “Cənab Prezident [Azərbaycan] ilə Ermənistanın baş naziri arasında Kazanda çox səmərəli görüş oldu və bizim niyyətimiz bu impulslar əsasında danışıqları davam etdirməkdir”, - deyə o, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Bakıdakı 29-cu konfransı çərçivəsində bildirib.