XƏBƏRLƏR / İctimaiyyət

Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

Məhəmməd Mustafaya Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlardan daınışılıb

Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Bakıda Zəfər parkını ziyarət edib.

    Burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Fələstin Dövlətinin Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

    Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.