"Fərarilərin sayı 11 mindən bir qədər çox ola bilər"
Bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin rəhbəri Andranik Köçəryan deyib
"Fərarilərin sayı 11 mindən bir qədər çox ola bilər.Bizdə minlərlə cinayət işi var."
Ermənistan Milli Assambleyasının Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin rəhbəri Andranik Köçəryan 44 günlük müharibə zamanı fərarilərin sayının baş nazirin həyat yoldaşı Anna Akopyanın verdiyi rəqəmdən bir qədər çox olduğunu istisna etməyib.
O, Akopyanın bu rəqəmi haradan aldığını deyə bilməyəcəyini bildirib. Buna baxmayaraq, parlamentin müharibəni araşdıran komissiyası bu mövzuya toxunacaq, suallara cavab verəcək, 11, yoxsa 12 min fərarinin olub-olmadığını öyrənəcək.
Xatırladaq ki, Ermənistanın Tavuş vilayətində keçirilən tədbirlərin birində baş nazirin həyat yoldaşı Anna Akopyan müharibə zamanı 11 min insanın fərarilik etdiyini bildirmişdi. Bundan başqa, bir çox vətəndaşlar Ali Baş Komandanın könüllü kimi qeydiyyatdan keçmək çağırışına məhəl qoymayıblar.