XƏBƏRLƏR / İctimaiyyət

FHN dumanlı havaya görə müraciət edib

Dumanlı havada kiçikhəcmli gəmilərin istismarı qadağandır

FHN dumanlı havaya görə müraciət edib
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fövqəladə Hallar Nazirliyi (FHN) dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.

    Müraciətdə təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğu vurğulanıb.

    Xatırladaq ki, Azərbaycan ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır.