XƏBƏRLƏR / İctimaiyyət

FHN küləkli havada çimərliklərə gedənlərə müraciət edib

Qaydalara biganəlik – həyatımıza təhlükədir!

FHN küləkli havada çimərliklərə gedənlərə müraciət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.

    Nazirlikdən verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

    “Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - FHN-in müraciətində deyilir.