FIFA Venesuelada zəlzələ qurbanlarına $1 mln ianə edir
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb
FIFA Venesuelada baş verən zəlzələ qurbanlarına kömək üçün 1 milyon dollar ianə edəcək.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
FIFA prezidenti Canni İnfantino futbol ailəsinin bu ölkənin xalqına dəstək olduğunu bildirib.
Xatırladaq ki, iyunun 24-də Venesuelada iki güclü zəlzələ baş verib. Ölənlərin sayı 3800-ü keçib.
1 dəqiqədən az
