XƏBƏRLƏR / Mədəniyyət

Filarmoniyanın baş dirijoru dəyişdi FOTO

Bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb

Filarmoniyanın baş dirijoru dəyişdi FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fuad İbrahimov Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijoru təyin edilib.

    Fuad İbrahimov

    O, bu vəzifədə Xalq artisti Rauf Abdullayevi əvəz edib.

    Fuad İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra”nın baş dirijoru olub.

    O, Parisdə “Radio France”, “France musique”, “L'orchestre philharmonique” və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.

    Dirijor kimi dünyanın bir sıra tanınmış konsert salonlarında çıxış edib. 2022-ci ildə Prezident mükafatına layiq görülüb, Azərbaycan Respublikasının Əməkdar artistidir.