Filippində zəlzələ oldu
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb
Filippin sahillərində 5,4 bal gücündə zəlzələ olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri 115 min insanın yaşadığı Tuqeqarao şəhərindən 64 kilometr şərqdə yerləşib. Zəlzələ ocağı yerin 40 kilometr dərinliyində qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.