XƏBƏRLƏR / Hava

Fırtına, dolu və leysan qərb regionlarına ziyan vurub VİDEO

Ən çox Qazax, Tovuz və Şəmkir rayonlarına və Gəncə şəhərinə ziyan dəyib

Fırtına, dolu və leysan qərb regionlarına ziyan vurub VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Güclü külək çoxillik ağacları aşırıb və evlərin damlarını uçurub. Bəzi yerlərdə böyük ağaclar avtomobillərin və yaşayış evlərinin üzərinə düşüb, xəsarət alanlar var.

    Güclü külək və leysan Qarabağ bölgəsini, xüsusən Şuşa şəhərini də əhatə edib. 

    Böyük Qafqaz regionunda Qəbələ rayonuna toyuq yumurtası boyda dolu düşüb.

    Leysan yağışı və güclü külək aran rayonlarından, o cümlədən Kürdəmir və Ucardan da yan keçməyib.

    Sosial şəbəkələrdəki videomateriallar təbii fəlakətin miqyasını göstərir.