Formula 1 məktəblilərin də cədvəllərini dəyişir
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi xəbər yayıb
Formula 1 Bakıya gəlir və hətta məktəb cədvəllərini də dəyişir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi zamanı bir neçə məktəbin fəaliyyəti ilə bağlı açıqlama yayıb.
Agentlik bildirib ki, "Formula 1 Azərbaycan Qran Prisi zamanı yarış ərazilərində yerləşən ümumi təhsil müəssisələrində təhsil onlayn şəkildə təşkil olunacaq".
Vurğulanır ki, məktəb rəhbərləri və valideynlər bu barədə məlumatlandırılacaqlar.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 25-27 sentyabr tarixlərində keçiriləcək.
1 dəqiqədən az