"Formula 1" vaxtı bəzi məktəblərdə dərslər onlayn olacaq
Bunu elm və təhsil naziri Emin Əmrullayev elan edib

"Formula 1" vaxtı bəzi məktəblərdə dərs 1 həftə onlayn formada olacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev üçün yeni tədris ilinə media brifinqdə deyib.
Nazir bildirib ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi, "Elitar" gimnaziya və digər mərkəzə yaxın məktəblərdə tədris 1 həftə distant formada həyata keçirilir: "Biz bu müəssisələrin siyahısını elan edəcəyik. Bu qərar bütün məktəblərlə aid deyil".