XƏBƏRLƏR / Diplomatiya

Fransa Azərbaycana yeni səfir göndərir

Ann Buayonun səlahiyyət müddəti başa çatır

Fransa Azərbaycana yeni səfir göndərir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransanın Azərbaycandakı səfiri Ann Buayonun yaxın müddətdə səlahiyyət müddəti başa çatacaq.

    Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

    Qeyd edilib ki, səfirin Azərbaycanı tərk edəcəyi tarix hələlik müəyyən edilməyib.

    “Onun yerinə təklif edilən şəxsin kimliyi ilə əlaqədar məlumat Azərbaycan hökumətinə təqdim olunub”, - bildirilib.