BLOQ

Fransa prezidenti dünənki görüşdən

Fransa prezidentinə tövsiyə edirəm ki, Ermənistanın və ermənilərin vəziyyətini çətinləşdirməsin

Fransa prezidenti dünənki görüşdən
E.Makron
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Respublika prezidenti, Almaniya kansleri və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş.

    "Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı, iyunun 1-də Kişineuda keçirilən Avropa Birliyinin II Sammiti çərçivəsində Fransa Respublikasının Prezidenti, Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin müşayiəti ilə görüşüblər. 

    Azərbaycan Prezidenti və Ermənistanın baş naziri 2022-ci il oktyabrın 6-da Praqada Alma-Ata Bəyannaməsində müəyyən edilmiş sərhədlərə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiqlədilər. Onlar Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə qarşılıqlı hörməti təsdiq ediblər.

    Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərini yerinə yetirməyə, o cümlədən hərbi əsirlərin tezliklə azad edilməsinə çağırıblar. Onlar həmçinin Avropa İttifaqının monitorinq missiyasının Ermənistanın xeyrinə töhfə verməsinin vacibliyini xatırladıblar. Nəhayət, Qarabağ erməniləri üçün hüquq və təminatların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıblar.

    Respublika Prezidenti istənilən düşmənçilik ritorikasından əl çəkməyin və regionun bütün xalqlarının rifahı naminə sülhün bərqərar edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb”.

    Bizə isə onu demək qalır ki, Fransa prezidentinə tövsiyə edək ki, bir daha prosesə xələl gətirməsin, Ermənistanın və ermənilərin vəziyyətini çətinləşdirməsin. Qarabağ ermənilərinin hüquq və təminatlarına dair çağırış isə yalnız o zaman eşidiləcək ki, bu tipli bəyanatlarda Azərbaycan Respublikasının Konstitusiyasına istinad olsun.