Reportaj

Fransa - yanğın yeri: Hadisəli etirazlar 5 gündür davam edir

TRT Haberin reportajı əsasında

Fransa - yanğın yeri: Hadisəli etirazlar 5 gündür davam edir
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Fransada 17 yaşlı Əlcəzair əsilli yeniyetmənin polis gülləsi ilə öldürülməsindən sonra başlayan nümayişlər davam edir. Küçələrin döyüş meydanına çevrildiyi Fransada məhbusların sayı 2 mini keçib, 200-dən çox polis yaralanıb. Ölkədə gecə saatlarında komendant saatı tətbiq edilən şəhərlərin sayı 10-a yüksəlib.

    Etirazlarda 5 gecə geridə qaldı

    Etirazların şiddətləndiyi şəhərlərdə zirehli texnika və xüsusi təyinatlılar yerləşdirilməsinə baxmayaraq, tez-tez şiddət hadisələrinin şahidi olan etirazlar 5-ci gecəsinə daxil olub.

    Bundan əlavə, hüquq-mühafizə orqanları Parisin turistik küçəsi Yelisey meydanını boşaltsa da, etirazçılar bir çox nöqtədən küçəyə girməyə çalışırlar.

    “Nael üçün ədalət” şüarları səsləndirən nümayişçilərə polis müdaxilə etməyə başlayıb.

    Parisdə yanğınlar davam edir

    Barbes rayonunda etirazçılar polisə atəşfəşanlıqla hücum edib, qurduqları barrikadaları yandırıblar.

    Parisin turistik prospekti Yelisey meydanı yerini yenidən izdihamın ixtiyarına buraxarkən, ərazidəki sıx polislər diqqət çəkib.

    Daxili işlər naziri Jerald Darmanin Parisdə axşam saatlarında başlayan nümayişlərdə saxlanılanların sayının 80-ə yüksəldiyini açıqlayıb.

    Darmanin qeyd edib ki, hadisələrin şiddətləndiyi Marseldə 55 nəfər polis tərəfindən saxlanılıb.

    Maskalı nümayişçilər polisə fişənglərlə hücum ediblər

    Strasburq şəhərində etirazlar yenidən alovlanarkən nümayişçilər polisə fişənglərlə hücum edib. 

    Hadisələri yatırtmaq üçün xüsusi təyinatlı qruplar zirehli texnika ilə müdaxilə etməyə başlayıb.

    Polis qismən evakuasiya edə bildiyi turistik Şenzelize küçəsində talanların qarşısını almağa çalışarkən, ara küçələrdə polislə nümayişçilər arasında qarşıdurma yaşanır.

    Soyğunçuluq davam edir

    Daha bir hadisəli gecədən sonra jandarm helikopteri Marsel səmasında patrul xidmətinə başlayıb.

    Polisin şəhərdəki nümayişləri yatırmaq üçün rezin güllələrlə atəş açması nəticəsində çoxlu sayda insanın yaralandığı da iddia edilib.

    Etirazçılar şəhərdəki avtosalonlara da daxil olaraq maşınları içəri götürərək ərazini tərk ediblər.

    Monpelye şəhərində polis qarət zamanı mağazaya basqın edərək talançıları saxlamağa çalışıb.

    Həmçinin avtomobillərin yandırıldığı Maubeuge şəhərində polis maşını yolun ortasında maskalı etirazçıya çırpılıb.

    Polis qaçan nümayişçini avtomobillə təqib etməyə başlayıb.

    Bəzi şəhərlərdə ifrat sağçılar etirazçılara qarşı küçələrə çıxıb.

    Digər tərəfdən, Angers və Chamberydəki ifrat sağçı və maskalı qrupların küçələrə çıxaraq nümayişçiləri döydüyü iddia edilir.

    Twitterdəki paylaşımlarda bildirilib ki, Anjesdəki ifrat sağçı qrup bir qrup nümayişçinin onları hədəf almasından sonra dağılıb.

    Metz şəhərində çəkildiyi bildirilən başqa bir görüntüdə isə qılınclı bir neçə adam kameralara əks olunub.

    Fransanın daxili işlər naziri Jerald Darmanin özünün “Twitter” səhifəsində məlumat verib ki, ötən gecə olduğu kimi, bu gecə də ölkədə 45 min polis və jandarm öz vəzifəsini yerinə yetirəcək.

    Qeyd edək ki, iyunun 27-də Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsi ölkədə kütləvi narazılığa səbəb olub.