XƏBƏRLƏR / Diplomatiya

Fransanın Azərbaycandakı yeni səfiri ilk bəyanatlarını verib

Sofi Laqut Fransanın Azərbaycandakı səfirliyinin sosial şəbəkədəki səhifəsində yer alan paylaşımında yazıb

Fransanın Azərbaycandakı yeni səfiri ilk bəyanatlarını verib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Fransanı sülh yolunu qətiyyətlə davam etdirən bir ölkədə təmsil etməkdən böyük şərəf duyduğunu bildirib.

    Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin sosial şəbəkədəki səhifəsində yer alan paylaşımda deyilir.

    "Mənim üçün Fransanı tarixi, ənənələri və rəngarəngliyi ilə zəngin, strateji əhəmiyyətə malik və sülh yolunu qətiyyətlə davam etdirən bir ölkədə təmsil etmək böyük şərəfdir", - o qeyd edib.

    Diplomat sələfi Enn Bolyona təşəkkür edib: “İlk növbədə, çətin bir dövrdə Fransa ilə Azərbaycan arasında mövcud əlaqələrin qorunub saxlanması üçün əlindən gələni edən sələfim Ann Boilona dərin ehtiramımı bildirmək istərdim”.

    Səfir fransız dilinin gücünə və onun təcəssüm etdirdiyi dialoq, açıqlıq və müxtəlifliyə hörmət dəyərlərinə xüsusi inamını vurğuladı:

    "Mən fransız dilinə maraq göstərən, təhsil, səyahət və ya biznes imkanları vasitəsilə ölkəmizi və mədəniyyətimizi kəşf etmək istəyən azərbaycanlıların davamlı marağına və həvəsinə cavab vermək üçün bu sahədə fəaliyyətimizin iddialı olmasını təmin edəcəyəm. Əminəm ki, biz bundan sonra da Fransa dəyərlərini və maraqlarını qoruyub saxlayacağıq, ölkələrimiz və xalqlarımız arasında əlaqələri inkişaf etdirəcəyik", - diplomat qeyd edib.