Fransanın müdafiə naziri Sebastian Lekornu Ermənistana səfər edəcək. Erməni mətbuatı xəbər verir ki, bunu nazirin özü deyib: "Mən parlamentarilərdən və sənayeçilərdən ibarət böyük nümayəndə heyəti ilə tezliklə Ermənistana gedəcəyəm".
Onun sözlərinə görə, Fransa dost Ermənistana sırf müdafiə məqsədi ilə hərbi texnika verir: "Ermənistan ciddi təhlükəsizlik problemi ilə üzləşən dost ölkədir. Bizim vəzifəmiz Ermənistana onun ərazi bütövlüyünü və müdafiə qabiliyyətini təmin etməkdə kömək etməkdir".
Lekornu əlavə edib ki, Fransanın müdafiə naziri ilk dəfə Ermənistana səfər edəcək.
Qeyd edək ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan Fransaya səfər etmişdi.