XƏBƏRLƏR / Neft və Qaz

Fransanın “TotalEnergies"i ilə əməkdaşlıq müzakirə edilib

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib

Fransanın “TotalEnergies"i ilə əməkdaşlıq müzakirə edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Fransanın “TotalEnergies” şirkəti ilə enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.

    Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

    O bildirib ki, Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "TotalEnergies" şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüblər:

    “Yaşıl enerji”, karbonsuzlaşma, innovativ texnologiyaların tətbiqi, enerji saxlanc sistemləri, icra edilən layihələr və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardıq”.